azia.az
azia.az

MEK və Macarıstanın “Arcanum” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

14-04-2022, 18:36

MEK və Macarıstanın “Arcanum” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunubMEK və Macarıstanın “Arcanum” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunubMEK və Macarıstanın “Arcanum” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev ilə Macarıstanın rəqəmsal dövri məlumat bazası olan “Arcanum” şirkətinin direktoru Sandor Bizsak arasında onlayn görüş keçirilib.
Görüşdə “Arcanum” şirkəti ilə əməkdaşlıq perspektivləri, MEK-in fondlarında olan kitabların sözügedən rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi mərhələləri müzakirə olunub. Bildirilib ki, fondların xarici dillərdə olan ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilində olan nəşrləri də məlumat bazanın maraq dairəsindədir. Eyni zamanda, azərbaycandilli nəşrlərin yerləşdirilməsi bazanın istifadəçilərinin sayının artımına təkan verəcəyindən əminlik də vurğulanıb.
Xatırladaq ki, ötən aylarda Macarıstanın Azərbaycandakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, Macarıstanın “Arcanum” şirkətinin direktor müavini Bizsak Elodun iştirakı ilə Mərkəzi Elmi Kitabxanada görüş keçirilmiş, qonaqların arxiv işlərində müasir rəqəmsallaşdırma layihələrinə həsr olunan məruzəsi dinlənilmişdir.
Qeyd edək ki, Macarıstanın ən böyük və daim genişlənən “Arcanum” şirkəti 30 illik təcrübəyə malikdir. Şirkət ən müasir infrastruktur, innovativ proqram mühitinin əks olunduğu elmi və ixtisaslaşdırılmış nəşrləri, xalçaları, həmçinin müxtəlif illüstrasiyalı şəkilləri rəqəmsallaşdıraraq dövri məlumat bazası rolunu oynayır.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi