azia.az
azia.az

"Yetim qaldıq, ölənədək darıxacam..."

6-03-2020, 17:47

"Yetim qaldıq, ölənədək darıxacam..."

"Ay ana, sənin üçün o qədər darıxıram ki... Nə desəm, azdır. Adam istəyir dərdini əlinə alıb gəzsin. Bəlkə, sakitləşdi, dünyanın ən gözəl anası".

Azia.az xəbər verir ki, bu sözləri ötən günlərdə anasını itirən Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb.

O, dünyasını dəyişən anası haqda fikirlərini belə izah edib:

"Sənin sayəndə yetimlik nədir bilmədik. Həmişə deyirdin ki, adam atadan yox, anadan yetim qalır. Yetim qaldıq. Nə gözəl ana idin – ömrünü bizə sərf edən... Atamız, anamız, hər şeyimiz oldun. Gələcəkdə övladlarım olsa, onlara səndən keçmiş zamandakı kimi danışacam. Buna çox üzülürəm. Sevgin o qədər idi ki, heç kəsin sevgisi məni qane etmirdi. Səni çox sevirəm. Bundan sonra dünya yansa, üzülmərəm. Kimə nə olsa, yanmaram. Mənim üçün bu dünyada ən dözülməz dərd anamı itirmək idi. Od düşdüyü yeri yandırır. Sənin üçün çox darıxırq. Ölənədək darıxacam. Səni həmişə çox sevəcəm. Yaxşı ki, doğulmusan, anamız olmusan".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi