Sirk tamaşası zamanı dəhşət: Ayı təlimçisinə hücum etdi
![]()
Sosial şəbəkələrdə sirk tamaşası zamanı yaşanan dəhşətli anla bağla kadrlar böyük səs-küy doğurub.
Videoda 540 kiloqram çəkidə olan qonur ayının öz təlimçisinə hücum edərək onu dişləməsi əks olunub.![]()
“Daily Mail”in məlumatına görə, hadisə Çində yaşanıb.
Məlumata görə, vəhşi heyvanın qəzəblənməsinə səbəb təlimçinin tamaşaçılardan birinin atdığı kolbasanı yeməyə ona icazə verməməsi olub.![]()
Kişinin yüngül travma aldığı bildirilir. Çünki belə qəzaların qarşısını almaq üçün heyvanın kiçik yaşlarından dişləri kütləşdirilibmiş.![]()
Hadisə sosial şəbəkədə birmənalı qarşılanmayıb. İstifadəçilərin əksəriyyəti belə tamaşaların boykot edilməsinə çağırıb.![]()
]