azia.az
azia.az

Akula balıqçılara hücum etdi

25-09-2018, 08:53

Rusiyanın Primorsk vilayətində maraqlı hadisə baş verib
azia.az Rusiya mediasına istinadən xəbər verir ki, sualtı ov yarışlarının iştirakçıları akulanın hücumuna məruz qalıb. Hadisə Böyük Pyotr körfəzində Jeltuxin adasında baş verib. Primorsk vilayətinin Sualtı İdman Federasiyasının sədri Dmitri Anaşkinin verdiyi məlumata görə, yarış iştirakçıları balıq ovlayırmış. Bu zaman akula onlara hücum edib, ovlanmış balıqları almağa çalışıb.

İdmançı sahildən kömək çağırıb. Kater gələn zaman 2,5 metr uzunluğunda olan akula gözən itib. Federasiya sədri deyib ki, sualtı ovla məşğul olanlar ehtiyatlı olmalı, onları katerlər müşayiət etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi