Avtobusa hücum edib sərnişinləri güllələdilər
Pakistanda sərnişin avtobusuna silahlı hücum olub.
Trend-in məlumatına görə, hadisə Bəlucistan vilayətində baş verib. Hücum nəticəsində 14 nəfərin həlak olduğu bildirilir.
Məlumata görə, naməlum şəxslər avtobusu saxlayaraq sərnişinlərin sənədlərini yoxlayıb. Daha sonra isə sərnişinlərdən bəziləri avtobusdan düşürdülüb və güllələnib.
Hadisə ilə bağlı başqa faktlar açıqlanmır.