azia.az
azia.az

Yaşayış binasındakı partlayışda ölənlər 37-yə çatıb

3-01-2019, 10:16

Yaşayış binasındakı partlayışda ölənlər 37-yə çatıb
Rusiyanın Maqnitoqorsk şəhərindəki çoxmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. AZİA.AZ xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, dağıntılar altında daha 4 nəfərin qaldığı ehtimal edilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də hadisə yerinə baş çəkib.

Maqnitoqorsk şəhərinin yerləşdiyi Çelyabinsk vilayətində fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, hadisə 31 dekabrda gecə saat 4 radələrində baş verib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi