Həlak olanların meyitləri məhkəmə-tibbi ekspertizasına göndərilib
Bir neçə gün əvvəl İranın Gülüstan vilayətində mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin qubernatorunun müavini məlumat yayıb.
Qubernatorun müavini bildirib ki, həlak olanların meyitləri məhkəmə-tibbi ekspertizasına göndərilib.
Mədəndə partlayış may ayının 3-də baş verib. Hadisə vaxtı şaxtada 500 nəfər olub. Dağıntılar altında 90-na yaxın adamın olduğu bildirilirdi. İlk gün 35 nəfərin meyiti çıxarılmışdı.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev də iranlı həmkarına başsağlığı verib.