Azia.az-in məlumatına görə,Kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinin görüşləri yekunlaşıb.Yarışın dördüncü günündə 18 döyüş baş tutub. Gün ərzində beş çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib. Dörddəbir final görüşlərində qələbə qazanan boksçular özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Yığmamızın aparıcı boksçularından Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) da final üçün döyüşmək hüququ qazanıblar.