azia.az
azia.az

Bu gün güləş üzrə Avropa Çempionatında daha 3 güləşçimiz yarışacaq

10-03-2016, 09:29

Bu gün güləş üzrə Avropa Çempionatında daha 3 güləşçimiz yarışacaq Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.
Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq.

55 kq
1/4 final - Alyona Kolesnik - Vania Gomes (POR) / Simona Pricob (ROU)

61 kq
1/8 final - Sarinas Jurcis (LTU) - Hacı Əliyev

74 kq
1/8 final - Jakov Maxaraşvili (GEO) - Cəbrayıl Həsənov
İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi