"Həmas bu uşaqları canlı qalxanı kimi istifadə edir" - İsrail səfiri
İsrail və fələstinlilər arasında son illərin ən kəskin qarşıdurması yaşanır. Bazar ertəsindən bəri zorakılq dalğası 14 uşaq da daxil, ən azı 119 fələstinlinin ölümünə bais olub. Qəzza üzərinə İsrailin hava hücumları nəticəsində bir fələstinli ailənin beş üzvü həlak olub. Öz növbəsində, İsrail fələstinlilərin raket zərbəsində ölənlər arasında 52 yaşlı ata və onun 16 yaşlı qızının olduğunu bildirir. Mülkilərin və xüsusilə də, uşaqların ölümü barədə xəbərlər dünya boyunca tənqidlərə tuş gəlib. İsrailin Britaniyadakı səfirinə əsasən, İsrail uşaqları hədəfləmir və zorakılığa görə məsuliyyət Həməs təşkilatının üzərinə düşür. Tzipi Hotoveley bu barədə BBC müxbiri Emiliy Maitlis-ə danışıb. BBC News Azərbaycanca-ya istinadən müsahibənin qısa versiyasını təqdim edirik. Müsahibə bu həftənin əvvəlində, Newsnight proqramında efirə gedib və BBC müxbiri suallarında həmin günə olan faktlara istinad edir.
Emiliy Maitlis, BBC - Bu axşam Həmas Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 300 xəsarət alan, doqquz uşaq da daxil, 20 ölüm halı var. Hökumətinizə görə nə qədər xəcalət çəkirsiniz?
Səfir Tzipi Hotoveley - Mən sizin düzgün mənzərəni təqdim etməməyinizdən utanıram. Həqiqi mənzərə budur ki - elə sizin Fələstin nümayəndəsinə deməyə çalışdığınız kimi -İsrail bu gün hücum altındadır. Paytaxtımız raketlərlə atəşə tutulur. Zənnimcə, İsrail parlamenti öz tarixində ilk dəfə olaraq təxliyə edilib. Bunu bir ağlınıza gətirin. Westminster-dən beş dəqiqəlik məsafədəyik. Düşünün ki, London hücuma məruz qalarsa, sakitcə oturub, xalqınızı qorumaq üçün cavab verməyəcəksinizmi?
Emiliy Maitlis - Sizin hərbi, polis, siyasi və diplomatik təsir gücünüz var. Məsuliyyət öhdəliyi sizin üzərinizə düşmürmü?
Tzipi Hotoveley - Mən bu gün Dominic Raab-ın dedikərini təkrarlamaq istərdim. O, Həmas tərəfindən İsrailə raket atması faktını pisləyib. Bu, terror təşkilatının sırf təxribatıdır, bu təşkilat məskunlaşma ilə maraqlanmır. Bu terror təşkilatı yalnız bir məsələ barədə düşünür - o, İsrail dövlətini əvəz etmək, onu Yaxın Şərq xəritəsindən silmək istəyir.
Emiliy Maitlis - Mən sualımı verdim. Siz İsraili təmsil edirsiniz. Dominik Raab-ın bu axşam dedikləri məlumdur. Bu barədə Fələstin səfirinə məlumat verdik və o dedi ki, Qərb dövlətlərinin yetərincə iş görmədiyini düşünür. İsrailin hərbi gücü, polis gücü, siyasi gücü var. Qəzzanın ixracatı ilə idxalı, onların su mənbələri üzərində tam nəzarətiniz var. Hətta onların demokratik hüquqları və liderlərinə səs vermək haqqı üzərində də nəzarət sizdədir. Burada məsuliyyət öhdəliyi sizin üzərinizə düşmürmü? Bu atəş açaraq uşaqların ölümünə səbəb hücumlar demək deyil?
Bəli, biz uşaqları qorumaq istəyirik. Hər iki tərəfdə də uşaqları qorumaq istəyirik. Və başqa cür deyə bilməzsən. İsrailin bütün bu illərdəki tarixinə baxsanız, biz həmişə insan haqlarını müdafiə etmişik.
Emiliy Maitlis - Niyə məscidə atəş açılır?
Tzipi Hotoveley - Bu suala cavab verməyimi istəyirsinizsə?...
Emiliy Maitlis - Mən bu suaIa cavab verməyinizi isyəyirəm.
Tzipi Hotoveley - Məndən uşaqlar haqqında soruşun - cavabı çox aydındır. İsraildəki məktəb və uşaq bağçalarında olan uşaqların başlarının üstünə raketlər yağdırılır. Bu keçmişdə belə olub və indi də belədir. Əslində İsrail müdafiə qüvvələri, əsgərlərimiz bu uşaqları müdafiə edirlər. Onların uşaqları hədəfləmir. Onlar Həması hədəfləyirlər. Həmas bu uşaqları canlı qalxanı kimi istifadə edir. Bu yerlərdə olan reallıqdır. Bu qəddar terror təşkilatı siyasi hədəflərinə nail olmaq üçün Qəzza zolağında uşaq və qadınlardan istifadə edir.
Emiliy Maitlis - Bağışlayın səfir. Hər dəfə bu cür müsahibə alarkən mənə deyilir ki, fələstinlilərin öz övladlarından canlı qalxan kimi istifadə edirlər.
Tzipi Hotoveley - Düzdür, doğrudur. Bu, yerlərdə olan reallıqdır.
Emiliy Maitlis - Niyə müdaxilə edib etiraf etmirsiniz ki, atəş açılanda uşaqlar öldürülür. Niyə məscidə atəş açırsınız?
Tzipi Hotoveley - Biz uşaqlara atəş açmırıq. Biz uşaqlarımızı öldürməyə cəhd edən qəddar terror təşkilatı, radikal islamçıların hədəflərinə atəş açırıq. Və siz də bunu bilirsiniz.