azia.az
azia.az

İsrail Qəzza zolağındakı şəhərlərə raket zərbələri endirir

11-05-2021, 12:01


İsrail ordusunun təyyarələri Qəzza zolağının bir neçə şəhərini raket atəşinə tutmaqda davam edir.
İsrail Qəzza zolağındakı şəhərlərə raket zərbələri endirir
Bu barədə “Qafqazinfo” “Saut Al-Aqsa” radiostansiyasına istinadən xəbər verir.

Onun məlumatına görə, hazırda sahil anklavında Deyr əl-Balah və Xan-Yunis kimi şəhərlər raket zərbələrinə məruz qalır. Sektorun şimalında yerləşən Cəbaliyə şəhərində azı üç raket partlayıb. Radiostansiyanın qeyd etdiyinə görə, İsrail hərbçilərinin hədəfi əsasən yaşayış məntəqələrinin inzibati binaları olur.

Daha əvvəl “Saut Al-Aqsa”nın sahil anklavının Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bazar ertəsi axşam İsrail ordusu tərəfindən Qəzza zolağının atəşə tutulması nəticəsində 21 nəfər, o cümlədən 9 uşaq həlak olub, 70 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi