azia.az
azia.az

Ehtiyatda olan minlərlə hərbçi ORDUYA ÇAĞIRILDI - Dəhşətli MÜHARİBƏ BAŞLADI, ÇOX SAYDA ÖLƏN VAR

12-05-2021, 13:07


İsrail Ordusunun Baş Qərargahı bildirib ki, Qəzza sektorunda radikalların bütün tunelləri məhv edilməyincə hərbi əməliyyat davam etdiriləcək.
Ehtiyatda olan minlərlə hərbçi ORDUYA ÇAĞIRILDI - Dəhşətli MÜHARİBƏ BAŞLADI, ÇOX SAYDA ÖLƏN VAR
AZSABAH.COM-un məlumatına görə, bu barədə "Qaley SAXAL" radiosu tvitterdə bildirib.

"Biz hərbi kampaniyanı zərurət olduğu qədər genişləndirməyə hazırıq. Biz zərbələr endirməyə davam edəcəyik və heç bir tuneli bütöv qoymayacağıq”, - xəbərdə deyilir.

Mayın 11-də axşam Fələstin anklavının sərhədlərində son illər ərzində ən böyük eskalasiya başlanıb. Çərşənbə axşamı səhər İsrailin Müdafiə Ordusu bildirib ki, ölkə ərazisinə Qəzza sektrundan 200-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail hərbçiləri cavab zərbəsi endiriblər.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri “Həmas” qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.

Bu arada, İsrail müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min nəfəri orduya çağırıb.

İsrail Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində 32 nəfər həlak olub. Onlardan 10-u uşaqlardır. Zərbələr nəticəsində daha 220 nəfər yaralanıb. İsrail tərəfdən 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi