azia.az
azia.az

Təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim edlilib

28-12-2021, 22:41



Təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim edlilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçıların hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarının ilk mərhələsi başa çatıb və Dövlət Xidmətində mediatorlara sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətlə Mediasiya Şurası arasında möhkəm və dayanıqlı əməkdaşlığın qurulması istehlakçı hüquqularının qorunması sahəsində operativliyin artırılmasına və nəticə etibarı ilə vətəndaş məmnuniyyətinin təmin edilməsinə səbəb olacağını bildirib. Xidmət rəisi həmçinin qurumun fəaliyyət sahələri haqqında məlumat verərək, iqtisadi ədalətin qorunması istiqamətində Ədliyyə Akademiyası ilə əməkdaşlığın inkişaf prespektivləri haqqında danışıb.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov təlimlərin yüksək səviyyədə keçirildiyinə görə Dövlət Xidmətinə təşəkkür edib. Qeyd edib ki, bu cür təlimlərin təşkil olunması mediatorların bilik və təcrübəsini artıraraq fəaliyyətlərinin daha effektiv qurulmasına və nəticə etibarı ilə məhkəmələrin iş yükünün azalmasına səbəb olacaq.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Dövlət Xidməti ilə əməkdaşlığın davamlı olmasının vacibliyini vurğulayıb. Bildirib ki, keçirilən ilk təlimin effektivliyi, informasiya yükü istehlakçı hüquqlarının qorunmasında önəmli olacaqdır.
Qeyd edək ki, mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edən təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri barədə Dövlət Xidmətinin əməkdaşları tərəfindən təlim iştirakçılarına ətraflı məlumat verilib.
Təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim edlilib
Təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim edlilib
Təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim edlilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi