azia.az
azia.az

Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib

27-12-2021, 13:14


Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib
Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib
İstehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanı tətbiq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindəiri ticarət və xidmətsahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib.
Görüşzamanı cari ildəDövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib.Qeyd olunub ki, şikayətlərinməzmunu fərqli olsa da, ümumi problem sahibkarların bu sahəyə olan yanaşması ilə əlaqədardır. Bunun üçün Dövlət Xidməti sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib.Bildirilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyinartırılması vacib şərtlərdəndir.Bununla yanaşı,servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.
Tədbirdə həmçinin,yerli onlayn ticarət platformalarıbarədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu sahədə əsas problem anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir. Sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alqı-satqı və zəmanətşərtləri ilə tanış olduqdan sonraməhsulu əldə etməlidirlər.
Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, istehlakçı məmnuniyyətinə nail olunması barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib
Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi