azia.az
azia.az

“İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda konfrans keçirilib

16-03-2021, 19:25

“İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda konfrans keçirilib

Son illər dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, istehlakçı-sahibkar münasibətlərinin sivil qaydalar əsasında formalaşdırılması istiqamətində dövlət səviyyəsində görülən sistemli işlərbu sahədə müsbət dəyişikliklərə səbəb olub. Bu barədə 15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində videokonfrans formatında təşkil olunan “İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad”mövzusunda tədbirdə məlumat verilib.
Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi siyasətin prioritet istiqamətlərdənolduğunuvurğulayıb, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini, istehlak bazarında mütəmadi olaraq monitorinqlərin aparıldığını, keyfiyyət və təhlükəsizlik göstəricilərində kənarlaşmalar aşkar edilmiş mallar üzərində nəzarətin daha da gücləndirildiyini, maarifləndirmə işlərini diqqətə çatdırıb.
Qeyd edilib ki, istehlak bazarında istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimad vacib amillərdəndir.Sahibkarlıq subyektləri normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş vəzifələrinə məsuliyyətlə yanaşmalı, istehlakçılara keyfiyyətli, təhlükəsiz mal, iş və xidmətlər əldə etməyə imkan yaratmalı, istehlakçıların hüquqlarının müdafiəsinə hörmətlə yanaşmalıdırlar. Görüşdə həmçinin,istehlakçıların hüquqlarının müdafiəsi sahəsində ictimai nəzarətin, istehlakçıfəallığının artırılmasının vacibliyidiqqətə çatdırılıb.
Dövlət qurumlarının, ictimai təşkilatların və sahibkarlıq subyektlərinin nümayəndələri çıxış edərək istehlakçı hüquqlarının qorunmasıistiqamətində son illər istehlak bazarında mal və xidmətlərin keyfiyyətində müsbət dəyişikliklərin müşahidə olunduğunuvurğulayıb, bu istiqamətdə təkliflərini səsləndiriblər.
Tədbirdə istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın əhəmiyyəti qeyd edilib, istehlakçı hüquqlarının daha effektiv qorunması barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi