azia.az
azia.az

Mediasiya Şurasının Çağrı Mərkəzi fəaliyyətə başladı

9-10-2021, 17:05

Mediasiya Şurasının Çağrı Mərkəzi fəaliyyətə başladı
Mediasiya sahəsində siyasətin və nəzarətin həyata keçirilməsi, mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi, mediatorların müstəqilliyinin təmin edilməsi, mediatorların seçilməsinin təşkili, təlimi, onların intizam məsuliyyətinə cəlb edilməsi, habelə mediasiya ilə bağlı digər məsələlərin həlli məqsədilə ötən il Mediasiya Şurası təsis edilib.

E-huquq.az-ın məlumatına görə, Mediasiya Şurasına edilən müraciətlərin cavablandırılması, habelə şikayət və ərizələrin operativ həllinin təmin olunmasıməqsədilə 8 oktyabr tarixindən (012) 1927 Çağrı Mərkəzifəaliyyətə başlayıb.

​Vətəndaşlar Çağrı Mərkəzinə ümumi vətəndaş müraciətləri, mediatorların fəaliyyəti ilə bağlı yaranan şikayət və təkliflərlə əlaqədar müraciət edə bilərlər.

Çağrı Mərkəzi həftənin 5 iş günü, saat 09:00-dan saat 18:00-a qədər Azərbaycan dilində xidmət göstərəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi