ABŞ "Şimal axını - 2" boru kəmərinin inşasının dayandırılmasını tələb edir
ABŞ Dövlət katibi Entoni Blinken “Şimal axını – 2” qaz boru kəmərinin çəkilişində iştirak edən şirkətlərdən bu işi dayandırmalarını tələb edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət katibinin adından yayılmış yazılı açıqlamada deyilir.
“Dövlət Departamenti bird aha xatırladır ki, “Şimal axını – 2” boru kəməri ilə əlaqəsi olan hər hansı təşkilat ABŞ sanksiyalarına məruz qala bilər və dərhal boru kəməri üzərində işi dayandırmalıdır”, - deyə açıqlamada qeyd olunub.
Blinken əlavə edib ki, Dövlət Departamenti boru kəmərinin tamamlanması istiqamətində səyləri izləyir və bu layihədə iştirak edən şirkətlərlə bağlı məlumatları qiymətləndirir.
“Ayrı-ayrı ABŞ administrasiyalarının dediyi kimi, bu boru kəməri Rusiyanın geosiyasi layihəsidir. Məqsəd Avropanı bölmək və enerji təhlükəsizliyini zəiflətməkdir”, - Blinken belə deyib.
Telegram
Bizim Telegram kanalımıza abunə olun