Hikmət Hacıyev: “Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb” FOTO
Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.
Azia.az-n məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” da bildirib.
“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.