azia.az
azia.az

TANAP-ın baş direktoru: “Boru kəmərinin tikintisi sahələrində işçilərin sayı 8 minədək artacaq”

4-06-2016, 06:49

TANAP-ın baş direktoru: “Boru kəmərinin tikintisi sahələrində işçilərin sayı 8 minədək artacaq” Trans-Anadolu qaz boru kəməri (TANAP) marşrutu üzrə indiyədək 774 kilometr uzunluğunda xəndək qazılıb, 670 kilometr boru xətt boyunca düzülüb, 550 kilometr uzunluğunda borular isə qaynaq edilib.

TANAP qaz boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən başlayaraq “Botaş” şirkətinə Azərbaycan təbii qazının təslim ediləcəyi Əskişəhərə qədər olan birinci fazası üzrə borular qaynağının 40 faizi tamamlanıb.
Gün.Az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib.
O, bildirib ki, hazırda boru kəmərinin tikintisi sahələrində 5 mindən çox işçi çalışır. Yaxın vaxtda isə bu rəqəm 8 minədək artacaq.
“Lot-4” tenderi, yəni TANAP-ın Əskişəhərdən Avropayadək olan hissəsinin tikintisini həyata keçirəcək podratçılar artıq sahələrdə işlərə başlayıblar. Bu, boru kəmərinin ən mühüm hissəsidir.
Çünki, həmin hissədə kompressor və ölçmə stansiyalarının tikintisi həyata keçiriləcək. Bu gündən etibarən kompressor və ölçmə stansiyalarının inşası işlərinə start verilib” - deyə, S.Düzyol əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi