azia.az
azia.az

İlin sonunadək “Cənub Qaz Dəhlizi”nin maliyyələşməsinə 2 milyard dollar cəlb ediləcək

5-04-2016, 13:00

İlin sonunadək “Cənub Qaz Dəhlizi”nin maliyyələşməsinə 2 milyard dollar cəlb ediləcək Bu ilin sonunadək beynəlxalq maliyyə qurumları tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard dollar həcmində maliyyə vəsaitinin cəlb edilməsi nəzərdə tutulur.

Gün.Az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O qeyd edib ki, artıq bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və digər maliyyə qurumları ilə danışıqlar aparılır. Bu kreditlər aşağı faiz dərəcələri ilə 20 il müddətində cəlb olunacaq.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi