Tələbə və müəllimlər təcrübə sahəsində-ADAU-nın uğurları davam edir
ADAU-nin rektoru İbrahim Cəfərov öz facebook səhifəsində növbəti uğurlar barədə məlumat verib. Belə ki, qeyri-iş günündə aqranomluq və aqrotexnologiya fakültəsinin tələbə və müəllim heyəti könüllü olaraq tədris təsərrüfat sahəsinə səfər etmiş, görülən işlərlə yerində tanış olmuş və təsərrüfat sahəsində müəyyən işlər görmüşlər. Qeyd edək ki, bu həmrəylik ADAU-də ilk deyil. Dünyada belə bir təcrübəyə hələ də rast gəlinməyib. Bu ilkə başda rektor İbrahim Cəfərov olmaqla universitetin müəllim və tələbə kollektivi imza atıblar. Tələbə və müəllim kollektivinə, həmçinin hər kəsə daima açıq olan rektor İbrahim Cəfərovun fəaliyyəti sosial şəbəkə istifadəçilərinin də geniş marağına səbəb olmuşdur. Bu gün elə bir təhsil rəhbəri yoxdur ki, İbrahim Cəfərov kimi sosial şəbəkə üzərindən suallara cavab verə və görülən işlər barədə geniş məlumat yaza. Yazını olduğu kimi dərc edirik
İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Əziz tələbələrim, hörmətli izləyicilər, bu gün şənbədir, aqrar universitet üçün qeyri iş günüdür, lakin aqrar universitetin aqronomluq fakültəsinin 120 nəfərdən çox professor-müəllim, 100 nəfər tələbəsi, aqrotexnologiya fakültəsinin 50 nəfər tələbəsi, bizim tyutorlar, texniki işçilər könüllü olaraq tədris təcrübə təsərrüfatında olmuş və mövsümə uyğun olaraq sahələrimizdə müəyyən işlər görmüş, təsərrüfatda səliqə sahman yaratmışlar. 2 saatdan çox davam edən bu prosesdə gənclərin iştirakı xüsusi maraq kəsb edir, həyatlarını torpaq ilə bağlayan bu gənclərin müxtəlif payız işlərində müəllimləri ilə birlikdə çiyin-çiyinə işləmələri motivasiya nöqteyi nəzərindən də çox əhəmiyyətlidir. Artıq hər birimiz hesab edirik ki, ADAU bizim ümumi evimizdir, bu evdə bütün mənalarda daim təmizlik, səliqə sahman, şəffaflıq olmalıdır, tədris -təcrübə təsərrüfatı isə artıq müəllim və tələbələrin praktik vərdişlərin öyrənilməsi mərkəzinə çevrilmişdir. Bir daha xatırladıram ki, bu təsərrüfatda 80 ha torpaq sahəsi, 35 baş iribuynuzlu heyvan, 150 baş xırdabuynuzlu heyvan, 8 baş yerli at cinsləri, 400 ədəd toyuq, hinduşka, qaz, ördək, keçi, yay və qış auditoriyaları, heyvan kəsimi sexi, ətin keyfiyyət laboratoriyası, maşın-traktor parkı, anbar və s mövcuddur. Burada hər şey tədrisə xidmət edir.Əziz tələbələr, uğurlar Sizlərlə olsun, gələcəyimiz olan gənclərin yolları daim irəliyə doğru istiqamətlənsin!!!