azia.az
azia.az

Aqrar sahədə daha böyük uğurlarımız hələ irəlidədir - Rektor

13-10-2019, 02:31


İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor
Aqrar sahədə daha böyük uğurlarımız hələ irəlidədir - Rektor

Əziz tələbələrim, hörmətli izləyicilərim, bu gün Azərbaycanın aqrar sektorunda inqilabi dəyişikliklər gedir, kənd təsərrüfatı məhsulları istehsalı sabitləşir, hətta keçən ilin müvafiq dövrü ilə müqayisədə müxtəlif bitkiçilik məhsulları üzrə ciddi artımlar qeydə alınır, məsələn, keçən ilin bu dövrü ilə müqayisədə 51 min ton pambıq artıq yığılmışdır, hektarın orta məhsuldarlığı da artan dinamika üzrə inkişaf edir. Bu sahənin inkişafı birbaşa möhtərəm cənab Prezidentin daimi diqqətindədir, müxtəlif subsidiyalar, mineral gübrələr və pestisidlərin dəyərinin böyük bir hissəsinin dövlət tərəfindən ödənilməsi, traktor, maşın və mezanizmlərin dəyərinin 40%-nin, ölkəyə gətirilən iribuhnuzlu və xırda buynuzlu heyvanların da dəyərinin 65%-nin dövlət ödənişi və bir çox qeyd edə bilmədiyim məqamlar aqrar sahənin inkişafna yeni üfüqlər açır.

Bu gün ölkənin Kənd Təsərrüfatı nazirliyi sanki fövqaladə vəziyyət halında işləyir, hamı fermerin yanındadır, yeni subsidiya mexanizmi ilə bağlı yerlərdə təlimlər keçirilir, elektron kənd təsərrüfatı sistemi qurulur, aqrar sektorun idarəçiliyində ən müxtəlif innovasiyalardan istifadə olunur, sanki Azərbaycan kəndi yenidən qurulur və fermer yüksək məhsula köklənir, fermerlər arasında göstərilən diqqət və qayğı ilə əlaqədar bir məmnunluq yaranır.

Bütün qeyd etdiklərimin əsasında isə ölkənin ərzaq təhlükəsizliyi durur.Aqrar universitet olaraq bütün bu proseslərdə öndə getmək vətəndaşlıq və vicdan borcumuzdur. Yolumuz açıq olsun, aqrar sahədə daha böyük uğurlarımız hələ irəlidədir!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi