İbrahim Cəfərov: “Yüz Əli İnsanovlar, Əli Kərimovlar və digərləri mənim Prezidentimin kəsilib atılan dırnağı ola bilməzlər... “
Əli İnsanov Prezident İlham Əliyevin humanist addımı ilə əfv sərəncamı əsasında vaxtından əvvəl azadlığa buraxıldı. 14 illik həbsindən sonra Amerikanın Səsinə müsahibə verdi. Məlumdur ki, ləyaqət hissini itirməyən istənilən adam ölkə başçısının bu jestinə uyğun davranış sərgiləməli, ən azından bir təşəkkür ifadə etməli, dəfələrlə Heydər Əliyevə sadiq olduğunu bəyan edən insan onun məzarını ziyarət etməli idi. Əli İnsanov isə bunu etmədi və cəmiyyətdə ona qarşı münasibət daha da pisləşməyə doğru dəyişdi. Əli İnsanov təşəkkür etmək əvəzinə mətbuata verdiyi müsahibədə şər və böhtan atmağa davam etdi.
Əli İnsanovun bu davranışına Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov öz "Facebook" səhifəsində kəskin reaksiya bildirib. Rektorun bu reaksiyasını olduğu kimi dərc edirik.
“Əziz dostlar, ali məktəbdə çalışıram, siyasət adamı deyiləm, lakin mən bu ölkənin vətəndaşıyam, ölkəmdə baş verən işlərə bir vətəndaş kimi münasibət bildirməyə mənəvi haqqım var. Son zamanlar Əli Insanov deyilən bir şəxs uzun illik türmə həyatından sonra ağlına gələn müsahibələr verir, yeni partiya yaranmasından, milli şura deyilən uğursuz bir qurumla gələcək əlaqələrindən danışır və s. Uzun illərdən bəri kütləvi informasiya vasitələrindən aldığım məlumatlar bu insan haqqında müsbət heç nə demir. Bəla burasındadır ki, nazir portfeli daşıyarkən hər tərəfdən , müxalifətin bütün qanadları tərəfindən tənqidə və təhqirə məruz qalan Əli Insanov bu gün elə həmin qüvvələr tərəfindən də alqışlanır, dəstəklənir. Çox uzatmaq istəmirəm, Heydər Əliyevin verdiyi çörək onun burnundan gəlsin, haramı olsun. Yüz Əli İnsanovlar, Əli Kərimovlar və digərləri mənim Prezidentimin kəsilib atılan dırnağı ola bilməzlər. Yazıqlar olsun..., “