azia.az
azia.az

Messinin heykəlinin açılışı olub

Bu gün, 16:53

Argentinada futbol üzrə dünya çempionu və səkkizqat "Qızıl top" mükafatı laureatı Lionel Messinin dünyanın ən hündür heykəlinin açılış mərasimi keçirilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "TyC Sports" telekanalı məlumat yayıb.

Məlumata görə, abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Layihənin müəllifi argentinalı heykəltəraş Aldo Beroisa olub.

Messi karyerası ərzində dünya çempionu (2022), dünya çempionatının gümüş mükafatçısı (2014), Olimpiya çempionu (2008), həmçinin ikiqat Amerika Kubokunun qalibi (2021, 2024) olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi