azia.az
azia.az

Azərbaycanın fəxri-universal idman ustası Kamran Məmmədov

28-07-2023, 08:14

Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan dünyada təkcə 44 gunlük Vətən Müharibəsində qazandığı tarixi qələbə ilə deyil, eyni zamanda idman sahəsində də öz sözunü demiş, yüksək reytinq qazanmış ölkələr sırasındadır. Heç şübhəsiz ki, idman özü özlüyundə bir mübarizə meydanıdır, cəbhədir. Sevindirici haldır ki, son illər bu cəbhədə, xüsusilə əlbəyaxa döyüş növü üzrə keçirilən beynəlxalq turnirlərdə, dünya cempionatlarında idmançilarinız ardıcil olaraq uğurlu nəticələrə imza atmaqda, üçrəngli bayrağımızı yüksəklərə qaldırmaqdadırlar. Ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı idmancıların hətta, bu sahədə xoş soraqlarını eşitmək, nüfuzlu yarışların qalibi olmaları milli mənliyimizi duyğulandırır, eyni zamanda onların bu uğurları sabahın yetişməkdə olan gənc yeniyetmə idmançılarına enerji, stimul verir.
Əlbəyaxa döyüş növləri üzrə keçirilən yarışlarda bir qayda olaraq rinqdə rəqib hədəf olaraq düşmən obrazında canlandırılır. Döyüş başlayarkən aparılan mubarizənin məqsədi birdir; düsmənə qalib gəlmək. Bax, ardıcıl qazanılan bu qalibiyyət xalqımızin zaman-zaman düsmən qabagında yenilməyən igid, cəsur oğullar yetişdirdiyinin parlaq təzahürüdür. Belə taktikalı oğullarimizdan biri də Kamran Kamil oğlu Məmmədovdur.
Kamran Moskvada yaşamasına baxmayaraq, daim qatıldığı yarışlarda bir azərbaycanlı kimi çıxıs etmiş, Azərbaycanın və azarbaycanlının gücunü dünyaya nümayış etdirmişdir. Onun arxivinə qısa ekskurs edərkən nələrin şahidi oluruq... Belə olan təqdirdə inanılmaz və möhtəsəm qələbələrin bariz nümunələrini ixtisarla yazmağın, işıqlandırmağın artıq vicdan borcu olduğunu etiraf etməliyəm. Odur ki, uzunçuluq etmədən keçid alaq Kamranın qələbə siyahısına, idman arxivinə.


Çempionluq, idman ustası olmaq onun alın yazısıdır

Dünyaya göz açan hər bir insan özü də bilmədən hansısa peşəyə doğulur. Bəziləri həmin peşənin əlamətlərini özündə dərk etdiyi zamandan onu davam etdirməyə başlayır, bəziləri isə taleyinə düşən peşəni qoyur kənara, başaqa peşə dalınca düsür və nəticədə... Kamran, sözün əsl mənasında dünyaya idmançı doğulub. Elə kiçik yaşlarından onun bu sahəyə olan sonsuz həvəsi Kamranı pillə-pillə ucaldıb. O, harada yaşamasından asılı olmayaraq idmandan bir an da ayrılmayaraq, məqsədi, amalı uğrunda yorulmadan mübarizə aparmış, nəhayət...
Bəli, Kamran artıq dünyada, beynəlxalq arenalarda ardıcıl qələbələrə imza atmış, sambo üzrə idman ustası, karate növü üzrə idman ustalığına namizəd, eləcə də universal döyüş üzrə beynəlxalq idman ustası fəxri adlarına layiq görülmüşdür.
Belə ki, o, 2020-ci ildə SAMBO üzrə Belarusiyada keçirilən beynəlxalq turnirdə Dünya Kubokunun gümüş mükafatçısı, bu il-2023-cü ildə isə yenə, Moskvada keçirilən Dünya "Təsisçilər Kuboku" Super Kubokunun bürünc mükafatçısı olmuşdur. Bundan əlavə,
K.Məmmədov 2020-ci ildə Yekatinburq şəhərində keçirilən Universiadanın gümüş mükafatçısı, 2022-ci ildə isə Qroznıda keçirilən yarışın yenə gümüş mukafatçısı olmuşdur. Həmçinin o, 2021-ci ildə Vladimir şəhərində keçirilən Universiada yarışlarında 24 yaşa qədər olan idmançılar arasında mübarizə apararaq Rusiya çempionatının bürünc mükafatçısı fəxri adına layiq görülmüşdür. 2019-2020-ci illərdə isə Rusiya çempionatının ikiqat bürünc mükafatcısi adını qazanmışdir. Bir-birinin ardınca imza atdığı qələbələr Kamrana mübarizə meydanında daha da qətiyyətli olmağa güc, qüvvət verir. Beləcə o, 2021-ci ildə Rusiya cempionatınin 5 nömrəsi, 2022-ci ildə sambo Liqa Kuboku Çempionu, Liqa cempionatının bürunc mukafatçısı, 2023-cu ildə Qroznı şəhərində keçirilən Rusiya tələbələri cempionatının bürünc mukafatçısı, 2022-ci ildə Anapada keçirilən çimərlik sambosu üzrə Rusiya çempionu, 2023- cü ildə Qrenburqda keçirilən Rusiya çempionatının gümüş mükafatçısı olmusdur.
Bir sözlə, Kamran Məmmədov beynəlxalq cempionatın və Moskva çempionatının bir neçə dəfə qalibi və mükafatçısı olmuş, 2021-ci ildə Serbiyada kecirilən Rusiyanın Beynəlxalq Sambo Beynəlxalq Kuboku üzrə universal döyüşdə V.B-də dünya çempionu, 2022-ci ildə Volqaqradda keçirilən dünya çempionunun, eləcə də 2019-cu ildə universal döyüş üzrə çempionatın qalibi olmuş, habelə 2018, 2019, 2020-ci illərdə universal döyüş üzrə Rusiya cempionatının üçqat qalibi olmuşdur. O, ardıcıl olaraq 2021, 2022, 2023-cü illərdə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı, Mərkəzi Federal Dairə Cempionatlarının dəfələrlə qalibi, Ümumrusiya turnirlərinn çoxsaylı cempionatlarının qalibi olmuş, 2019-cu ildə Polşada keçirilən cüdo üzrə beynəlxalq cepionatın Avropa Kubokunun 7 nomrəsi, eyni zamanda, həmin il-2019-cu ildə İnquşetiyada keçirilən Rusiya çempionatının, habelə Moskva çempionatının dəfələrlə qalibi olmuş, Ümumrusiya müsabiqəsinin çoxsaylı qalibi və mükafatçısı olmuş, 2023-cü ildə Moskvada keçirilən karate üzrə CCM mukafatçısi olmuşdur.
Əslində mənə qalsa, Kamranın ixtisarla yasdığım uğurlarından sətirləri və sitatları idman tarixinin zəfər salnaməsi kimi dəyərləndirərdim. Nəzərə alsaq ki, o, bir azərbaycanlı olaraq bu qədər uğurlara, qələbələrə, mükafatlara imza atıb, daha çox fəxr etməyə dəyər.

Bəradər Səməndərli
"Atributinfo.az"-ın baş redaktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi