azia.az
azia.az

Messinin ən çox qol vurduğu komanda

19-04-2016, 14:53

Messinin ən çox qol vurduğu komanda Argentinalı "El Klasiko"nun ən məhsuldar futbolçusu sayılır.

"Barselona"nın ulduz futbolçusu Lionel Messi "Valensiya" ilə matçda peşəkar karyerası ərzində 500-cü qolunu vurdu. Argentinalı ulduz bunu 632 matçda bacarıb.
Messi 130 qolu qarşılaşmaların son 15 dəqiqəsində vurub.
Messi karyerasında ilk rəsmi qolunu 2005-ci ildə 17 yaşında ikən "Albesete" klubuna vurub. Messi karyerası ərzində ən çox qolu "Atletiko" və "Sevilya" klublarına vurub.
Lionel hər iki klubun qapısına 25 dəfə yol tapıb. Madrid "Real"ına da 21 qol vuran argentinalı "El Klasiko"nun ən məhsuldar futbolçusu sayılır.
Messi karyerası ərzində 33 dəfə het-trik edib. 4 oyunda 4 qol vuran Messi, 1 qarşılaşmada da 5 qolun sevincini yaşayıb. Ona ən çox məhsuldar ötürmə verən isə Dani Alvesdi - 42 dəfə. Messi 130 qolu qarşılaşmaların son 15 dəqiqəsində vurub. İlk 15 dəqiqədə isə sadəcə, 50 qol vura bilib.
Valensiya şəhərinin Politexnik universitetinin araşdırmasına əsasən,“Barselona” klubunun ulduz futbolçusu Lionel Messi “Real Madrid” klubun futbolçusu Kriştiano Ronaldodan bahadır.
Argentinalı Kataloniya təmsilçisinin hipotetik transfer qiyməti 141 milyon avrodur. Portuqaliya yığmasının və "Kral Klubu"nun kapitanı Ronaldonun isə hipotetik transfer qiyməti 101 milyon avrodur. Araşdırmanın nəticəsi futbolçuların 2014 və 2015-ci ildə qol vurmaları, məhsuldar ötürmələri, qırmızı vərəqə almaları və komandanın xeyrinə oynaması nəzərə alınaraq müəyyən edilib.
Bundan başqa, həmin göstəricilər iki futbolçunun digər oyunçular ilə oynaması müqayisə olunub. Xüsusən də Ronaldonun komanda yoldaşları Qaret Beyl və Xames Rodriqes, Messinin isə Suares və Neymar nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi