azia.az
azia.az

12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarına start verilmişdir

17-12-2025, 15:02

16 dekabr 2025-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının açılış mərasimi və turnirin ilk oyunları keçirilmişdir. 

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və turnirdə iştirak edən 6 komandanın atlı paradı ilə başlayan təntənəli açılış mərasimindən sonra Prezident Kuboku uğrunda oyunlara start verilmişdir. 

Günün ilk qarşılaşmasında Polad Zəfər çövkən komandaları üz-üzə gəlmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda Polad komandası 4:0 hesablı qələbə qazanmışdır. 

Günün ikinci yarısında isə Embawood çövkən komandası Buta Golden çövkən komandasına qarşı keçirdiyi oyunda 1:0 hesablı qələbə əldə etmişdir. 

Prezident Kuboku uğrunda çövkən yarışları 18, 2022 dekabr tarixlərində davam edəcək, final oyunu isə 24 dekabr 2025-ci il tarixində keçiriləcəkdir. 

Məlumat üçün bildirək ki, turnir çərçivəsində baş tutan bütün oyunlar İdman TV vasitəsilə canlı yayımlanır. 

Azərbaycan Respublikası Atçılıq Federasiyası





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi