azia.az
azia.az

At yarışlarına qatılan 13 yaşlı Azərbaycanlı Gülay

17-07-2022, 09:27

At yarışlarına qatılan 13 yaşlı Azərbaycanlı Gülay

At həqiqətən də muraddır. At insanların köməkçisi, həm də ev heyvanları içərisində ən sadiqidir desək, yanılmarıq. Ta qədim dövrlərdən belə atlar həmişə insanların yaxın köməkçisi olub. Hətta atlar sahibi dara düşəndə ona kömək etmək üçün özünü oda belə yaxanlardandır. Doğma diyarımız Azərbaycanda çoxlu sayda cins atlar olub. Bu atlar zaman-zaman bəslənib bu günümüzə gəlib çatıb. Qarabağ atları, dilbaz atları və digər atlar tək Azərbaycanımızda deyil, dünyanın müxtəlif bölgələrində adıyia tanınır.
At yarışlarına qatılan 13 yaşlı Azərbaycanlı Gülay

İnsanların ata olan sevgisi hədsizdir. Ona görə ki, atlar insanın yaxın köməkçisi olduğu kimi, həm də dostudur. Atla dostluq etmək üçün mütləq ona sığal çəkməli və s. qayğı göstərilməlidir. Bu gün atlara olan məhəbbət gənclər arşında xüsusi yer tutur. Bu baxımdan 13 yaşlı Gülay Fərzəliyevə da hələ uşaq vaxtlarından belə atlara xüsusi sevgi bəsləyib. Elə bunun nəticəsidir ki, bu gün müxtəlif arenalarda təşkil olunan at yarışlarında belə bu qız iştirak edərək layiqli yerlər tutub.At yarışlarına qatılan 13 yaşlı Azərbaycanlı Gülay
Gülayın dediklərindən:
“Mənim ata olan istəyim hədsizdir. Daim ona sığal çəkməyi, vaxtında yemləməyi hər şeydən üstün tuturam. Mənim atım ən mötəbər yarışda belə məni sevindirərək öncül yerlər tutub. At elə bir varlıqdır ki, o sahibini belə çox yaxşı tanıyır. Hər adamı onun tərkinə qalxmağa belə asanlıqla icazə vermir. Atlar, ümumiyyətlə, Qarabağ atları sahiblərinə çox sadiqdirlər. Onlara xüsusi qayğı gərəkdir. Mən 1 yaşımdan atların yanında böyüdüyümdən, atlara öyrəşmişəm və atlar mənim üçün sox dəyərlidir. Onu da deyim ki, atlar çox hissiyyatlı olurlar. Onlar bilirlər ki, kim onu çapa bilər, kim yox. Mənim də bir çapar kimi püxtələşməyimdə atamın rolu böyükdür. Hər şeyi o, mənə öyrədib”.

Gülay 4 yaşı olanda artıq at çapa bilirdi. 9 yaşında isə at çaparkən çəkilmiş videoları sosial mediada məşhurlaşıb. Bu gün özünü peşəkar çapar hesab edir.
Atası Vüsal Fərzəliyev də qızı Gülayla qürur duyur. Deyir ki, uşaqlıqdan Gülayı çapar kimi böyütmək mənim arzum olub. Gülay demək olar ki, bu idman növünə tam hazırdır. Lakin ölkəmizdə onun yaşıdları azdır. Əgər olsaydı, rəqabətə girib onlarla yarışardı.
Son olaraq bildiririk ki, sosial mediada görüntüləri ilə məşhur olan 13 yaşlı Gülay Fərzəliyevə bu gün Konkur Beynəlxalq At Yarışına hazırlaşır. Biz də ona “Uğurların bol olsun!” -deyirik.

Yaqut ZEYNALOVA

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi