İlham Əliyev 6 fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Azia.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 3.3-cü,
3.4-cü, 3.5-ci (birinci halda), 3.6-cı və 19.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü və 3.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində və 3.5-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 19.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir.
2. Azərbaycan Respublikası Prezidentinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1499, № 11, maddə 2239; 2019, № 7, maddə 1217; 2020, № 7, maddə 861; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1358 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə “8.3-cü maddəsində (hər iki halda)” sözləri “3.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 3.3-cü, 3.4-cü, 3.5-ci (birinci halda),
3.6-cı, 8.3-cü maddəsində (hər iki halda), 19.1-ci” sözləri ilə əvəz edilsin;
2.2. 2.2-ci bənddən “3.1-ci maddəsinin ikinci cümləsində,”, “3.4-cü, 3.6-cı,” və “19.2-ci,” sözləri çıxarılsın;
2.3. 2.2-1-ci bənddə “8.3-cü maddəsində birinci halda” sözləri “3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü, 3.6-cı və 8.3-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;
2.4. 2.4-cü bənddən “3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda)” və “11.4-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri çıxarılsın;
2.5. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. həmin Qanunun 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir;”;
2.6. 2.10-cu bənd ləğv edilsin;
2.7. 2.12-ci bənddə “20.3-cü maddəsində” sözləri “3.1-ci maddəsinin ikinci cümləsində, 3.5-ci (birinci halda) və 20.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
2.8. 2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.13-cü və 2.14-cü bəndlər əlavə edilsin:
“2.13. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur;
2.14. həmin Qanunun 19.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. üç ay müddətində:
3.1.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.1.2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
***
Azərbaycan Prezidenti İlham Əliyev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 351-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 351-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 113-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744; 2000, № 1, maddə 34; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2006, № 7, maddələr 590, 593; 2009, № 11, maddə 888; 2010, № 7, maddə 610; 2015, № 1, maddə 16, № 8, maddə 915; 2020, № 7, maddə 886) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 7.1-ci bəndə “yeddinci abzaslarında,” sözlərindən sonra “113-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;
2.2. 7.8-ci bənddə “ və ikinci cümlələrində” sözləri “cümləsində” sözü ilə əvəz edilsin;
2.3. 7.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.10-cu bənd əlavə edilsin:
“7.10. həmin Qanunun 113-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli
351-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”,
“Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 10-cu maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 10-cu maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;
1.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun
7.0.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.5. həmin Qanunun 7.0.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477; 2012, № 12, maddə 1270; 2017, № 7, maddə 1330; 2018, № 10, maddə 2019; 2020, № 7, maddə 876, № 11, maddə 1362; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1353 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə “5.0.1-ci,” sözlərindən sonra “10-cu (hər iki halda),” sözləri əlavə edilsin;
2.2. 2.2-1-ci bəndə “1.0.17-ci” sözlərindən sonra “,10-cu (birinci halda)” sözləri əlavə edilsin;
2.3. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. həmin Qanunun 10-cu maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 90, № 12, maddə 1034; 2007, № 1, maddə 7, № 10, maddə 942; 2008, № 5, maddələr 373, 374, № 8, maddə 727; 2011, № 7, maddə 633, № 12, maddə 1143; 2016, № 9, maddə 1466; 2019, № 7, maddə 1220; 2020, № 12 (I kitab), maddə 1498) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “4.0.1.6-cı,” sözlərindən sonra “7.0.3-cü,” sözləri əlavə edilsin;
3.2. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
“2.5. həmin Qanunun 7.0.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur.”.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərmanın 1 – 3-cü hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 93 nömrəli, “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 93 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 641; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1037) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinin birinci cümləsində “I və II dərəcə” sözləri “orqanizmin funksiyaları 61-100 faiz pozulmuş” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 642; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 761; 2018, № 3, maddə 412; 2020, № 8, maddə 1037; Azərbaycan Respublikası Prezidentinin 2021-ci 12 iyun tarixli 1352 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə”nin 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasından “I, II və ya III dərəcə” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70; № 11, maddə 1117; 2018, № 2, maddə 187; 2020, № 8, maddə 1038) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 6-cı hissəsində “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627; 2017, № 5, maddə 770; 2018, № 2, maddə 207; 2019, № 5, maddə 847; 2020, № 8, maddə 1037, № 12 (I kitab), maddə 1487) 2.1-1-ci bəndində “yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş” sözləri “yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324, № 10, maddə 849; 2008, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 10, maddə 851; 2011, № 2, maddə 85; 2012, № 9, maddə 856; 2014, № 4, maddə 362; 2017, № 4, maddə 557, № 5, maddə 813; 2018, № 2, maddə 205; 2020, № 8, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 8.18-ci bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri
“18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2. 8.26-cı bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri
“18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947;
№ 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; 2021, № 4, maddə 327; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1355 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndindən “, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420, № 9, maddə 857; 2013, № 10, maddə 1154, № 11, maddə 1331; 2019, № 7, maddə 1232, № 12, maddə 1929; 2020, № 8, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
8. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” 2012-ci il 29 dekabr tarixli 800 nömrəli, “Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2014-cü il 17 mart tarixli 128 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 541; 2008, № 7, maddə 612; 2018, № 8, maddə 1692; 2020, № 8, maddə 1038) adından və 1-ci hissəsindən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7; 2020, № 8, maddə 1039; 2020, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.12.3-cü, 3.12.4-cü və 4.6.15-ci yarımbəndlərdən “18 yaşınadək” sözləri çıxarılsın;
2.2. 4.6.8-ci, 4.6.9-cu (hər üç halda) və 4.13.5-ci yarımbəndlərdən ismin müvafiq hallarında “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047) ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 4.5-ci bəndinin ikinci hissəsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1274; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 5, maddə 847; 2020, № 12 ( I kitab), maddə 1462) ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 7.3-cü bəndin doqquzuncu abzasında “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
4.2. 7.5-ci bəndin üçüncü abzasında “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin.
5. “Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249; 2016, № 1, maddə 70; 2018, № 4, maddə 669; 2019, № 4, maddə 642; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1490) adında və 1-ci hissəsində “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.5-ci yarımbəndində “əlilliyin səbəbinin, dərəcəsinin” sözləri “orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin,” sözləri çıxarılsın.
7. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
***
"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin 2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilib.
Bundan əlavə, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə aşağıdakı bəndlər əlavə edilir:
5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;
“5.6-1. Qubadlı Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;
5.6-2. Qazax Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”.