azia.az
azia.az

Ali Koç "Qalatasaray" və "Fənərbağça" rəsmilərinə hücum etdi - VİDEO

20-05-2024, 08:01

"Qalatasaray" - "Fənərbağça" oyunundan (0:1) saatlar sonra stadionda gərginlik baş verib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in prezidenti Ali Koç "Rams Park"ın meydançasına çıxıb və qələbəni bayram ediblər.

 

 

Bu əsnada stadionun işıqları söndürülüb, bundan sonra "Qalatasaray" baş katibi Eray Yazgan və Ali Koç arasında mübahisə düşüb və A.Koç bu sözləri deyib: "Get burdan, yoxsa döyüləcəksən".

 

Klub prezidenti daha sonra rəqib ünvanına söyüş söyən "Fənərbağça" rəsmisi Səlahəddin Bakinin boğazından yapışaraq, "sus, sus dedimsə, susacaqsan" deyə bağırıb.



 

Baş verənlərin ardından "Qalatasaray" prezidenti Dursun Özbək deyib: "Ürəyin varsa, gəl, burdayam. Gözləyirəm səni".

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi