azia.az
azia.az

"Fənərbağça" 6 ulduzu ilə yollarını ayıracaq - ADLAR

2-03-2023, 12:18


Turnir cədvəlində "Qalatasaray"dan 6 xal geridə qalan "Fənərbağça" cari mövsümün sonu çempion olacağına inanır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər"in 6 ulduz futbolçusuna Avropa klublarından təkliflər gəlib. Lakin klub prezidenti Ali Koç cari mövsümün sonunadək oyunçuların komandada qalmasına qərar verib. 

Cari mövsümün sonu komandadan ayrılması gözlənilən futbolçular aşağıdakılardır:

Attila Szalay. Futbolçu ilə "Zenit" və "Vesthem" maraqlanıb. Rusiya təmsilçisi macar müdafiəçi üçün 15 milyon avro təklif edib.

Osayi Samuel. Yenidən İngiltərədə forma geyinmək istəyən nigeriyalı futbolçuya Premyer Liqadan 2 klub "elçi düşüb". 15 yaşlı oyunçu iyun ayında komandadan ayrılacaq.

Ferdi Kadıoğlu. 23 yaşlı futbolçu ilə ən çox maraqlanan klub "Napoli"dir. İtaliya nəhəngi Türkiyə millisinin üzvü üçün "Fənərbağça"ya təklif göndərsə də, klub "yox" cavabı verib. 

 

 

 

Migel Krespo. Portuqaliyalı yarımmüdafiəçiyə "Atletiko Madrid" 7 milyon avro ödəməyə hazırdr. "Sarı-lacivərtlər" isə ən azı 10 milyon avro tələb edir. İspaniya klubunun mövsümün sonu yeni məbləğ təklif etməsi gözlənilir.

 

Dieqo Rossi. Daha öncə "Fənərbağça"ya iki dəfə təklif göndərən "Flamenqo" klubu qış transfer pəncərəsində şansını bir dəfə də yoxlayıb. Baş məşqçi Jorje Jesus Rossinin komandadan ayrılmasını istəməyib.

 

Enner Valensiya. "Fənərbağça" Qətər və Braziliyadan bir çox klubun maraqlandığı ekvadorlu hücumçunu buraxmaq istəmir. Futbolçunun cari mövsümün sonu klubla müqaviləsinin müddəti başa çatacaq, rəhbərlik isə futbolçunun maaşını azaltmağı düşünür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi