azia.az
azia.az

Messi karyerasında ən yaddaqalan qolunu açıqlayıb

2-11-2023, 09:15

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Barselona"nın heyətində "Real"a vurduğu qolun karyerasında ən yaddaqalan olduğunu deyib.

"Report" xəbər verir ki, Messinin sözləri "Qızıl top"un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.

“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının və Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında "Real"a 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, - Messi qeyd edib.

Oktyabrın 30-da Messi səkkizinci dəfə "Qızıl top"u qazanıb. Argentinalı futbolçu karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi