azia.az
azia.az

“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu olub

31-05-2023, 08:28

“Qalatasaray” 2022/23 mövsümündə Türkiyə çempionu titulina sahib çıxıb.

 

Komanda sona iki tur qalmış qələbəsini rəsmiləşdirib.

 

“Ankaragücü”nin qonağı olan “sarı-qırmızılar” 4:1 hesabı ilə inamlı qələbə qazanıblar. Nəticədə “Qalatasaray” əsas rəqibi “Fənərbaxça” ilə aradakı 5 xallıq fərqini qoruyub. Növbəti turda məhz “Fənərbaxça” ilə qarşılaşacaq komanda son görüşdə isə texniki qələbə əldə edəcək. Məhz eydana çıxmadan qazanılacaq 3 xal onun əsas rəqibi ilə oyuna çempion kimi çıxmasına şərait yaradıb.

 

Okan Buruk futbolçu kimi çempion olduğu "Qalatasaray"la baş məşqçi kimi də bu uğura nail olub. O, öncə eyni nəticəyə "Başakşəhər"lə imza atıb.

 

“Fənərbaxça” öz meydanında “Antalyaspor”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, “Qalatasaray” 23-cü dəfə Türkiyə liqasının qalibi olub.

 

36-cı tur

“Ankaragücü” – “Qalatasaray” – 1:4

“Fənərbaxça” – “Antalyaspor” – 2:0

“Alanyaspor” – “Kasımpaşa” – 1:3

“Girəsinspor” – “Tranzonspor” – 2:4

“Sivasspor” – “Konyaspor” – 1:0

“Karagümrük” – “Kayserispor” – 2:0

“İstanbulspor” – “Adana Dəmirspor” – 0:2/Apasport


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi