azia.az
azia.az

Güləşçimiz izləyicini belə təhqir etdi - FOTO

22-04-2023, 20:40

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Avropa çempionatında macar rəqibinə 0-9 hesabı ilə uduzan yunan-Roma güləşçimiz Sənan Süleymanovla izləyicilərdən biri arasında qalmaqal yaşanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəsmi səhifəsi Sənan Süleymanovun rəqibinə uduzması ilə bağlı paylaşım edib.

İzləyicilərdən biri həmin paylaşımın şərh bölməsinə “macar güləşçi Sənan Süleymanovu meşok kimi ora-bura atdı “ sözlərini yazıb.

Süleymanov isə həmin azarkeşə “Meşok sənsən, tula, bilib-bilmədən oradan danışma”, - deyə cavab verib.

gules


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi