İki yunan-Roma güləşçimiz dünya çempionatının finalında
Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yer alan Kənan Abdullazadə yarımfinalda qazaxıstanlı Məhəmməd Qoşqara 9:2 hesabıyla qalib gəlib.
Qurban Qurbanov (72 kq) isə ukraynalı İrfan Mirzoyevi 5:0 hesabıyla yenib.
Yarımfinaldakı digər təmsilçimiz Nihat Məmmədli (60 kq) iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Kənan finalda gürcüstanlı Nika Broladze ilə, Qurban moldovalı Alexandru Solovey ilə güləşəcək. Medallar uğrunda həlledici görüşlər sabah baş tutacaq.
*** 16:42
Azərbaycanın üç yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, Nihat Məmmədli (60 kq) finalın bir addımlığında iranlı Səid Murad İsmaili ilə, Kənan Abdullazadə (67 kq) qazaxıstanlı Məhəmməd Qoşqarla, Qurban Qurbanov (72 kq) isə Ukrayna təmsilçisi İrfan Mirzoyevlə qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan digər güləşçimiz Rauf Əliyev (82) startda finlandiyalı rəqibinə məğlub olub.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.