azia.az
azia.az

Kökçünün oruc açmasını ələ saldı - VİDEO

6-04-2023, 19:01


Niderland Kubokunun yarımfinalında "Ayaks" "Feyenoord"a 2:1 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, matç zamanı "Ayaks"ın kapitanı Duşan Tadiç və türk futbolçu Orkun Kökçü arasında gərginlik yaşanıb. Matçın 61-ci dəqiqəsində Tadiç Orkunu yerə yıxıb, bunun ardından Kökçü rəqibin üzərinə "şığıyıb". Tadiç əli ilə ağzına işarə edəndən sonra isə Orkun Kökçü özündən çıxıb. 

Tadiçin bu hərəkəti ilə orucunu matç zamanı zamanı açan Kökçünü ələ saldığı bildirilir. 

Türk ulduz baş verən mübahisə ilə bağlı bu sözləri deyib:

"Mimikalar göstərdi, lakin nə demək istədiyini tam anlamadım. Bundan qətiyyən xoşum gəlmədi, reaksiyamdan da görə bilərsiniz".

Qeyd edək ki, kapitanlar matçdan öncə də bir-birlərinin əlini sıxmamışdı. 

Videonu təqdim edirik:

 

 

Tadic'ten Orkun Kökçü'ye skandal hareket!

 

TADICTEN SKANDAL HAREKET


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi