Açıq-saçıq geyinən qadınlar kişilərin orucunu pozur?-Inanılmaz CAVAB
Açıq-saçıq geyinən qadınlar kişilərin orucunu pozur?-Inanılmaz CAVAB
Müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib.
Müzakirəyə çıxarılan məsələlərdən biri də açıq-saçıq geyimli birinə baxmağın oruc tutana günah yaratmasıdır.
İlahiyyatçı Elşad Miri modern.az-a açıqlamasında məsələyə konkret yanaşıb. O bildirib ki, orucu batil edən məsələlər sırasında geyimlə bağlı fikir bildirilmir:
"Orucu pozan şeylər konkretdir: yemək, içmək və oruc vaxtı cinsi münasibətdə olmaq".
E.Miri orucun dərk edilərək tutulmasının vacibliyini vurğulayıb:
"Oruc özünü qoruya bilməkdir, oruc nəfsini saxlamaqdır. İnsan nəyə görə oruc tutduğunu dərk etməlidir. Əsas meyar bu olmalıdır".