Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəyir.
Azia.az “Sport.pl”yə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis Polşa Futbol Assosiasiyasına (PZPN) namizədliyini təklif edib. İtaliyalı baş məşqçi PZPN-lə danışıqlara başlamağa hazırdır.
PZPN hazırkı baş məşqçi Çeslav Mixneviçlə müddəti ilin sonunadək başa çatacaq müqavilənin yeniləmənməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Canni De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, PZPN-in həmin vaxtkı prezidenti Zbiqnyev Bonek son anda qərarını dəyişib.
Qeyd edək ki, Polşa yığma komandası Dünya Kubokunun 1/8 finalında Fransaya 1:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb. De Byazi ötən ay AFFA ilə müqaviləsinin müddətini 2023-cü ilin noyabrına qədər uzadıb.

DAŞKƏSƏNDƏ 2018-SOSİAL-İQTİSADİ İNKİŞAF YEKUNU VƏ 2019-QARŞIDA DURAN VƏZİFƏYƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun dördüncü günü FOTOLARDA
Ağasəlim Mircavadov: “Əvvəlki futbolçular ”peraşki" ilə hazırlaşırdılar, amma yaxşı oynayırdılar"
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
Qadınlar niyə qarınlı kişiləri sevir?
