Yaponiya 1/8-ə antirekordla yüksəldi
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsinin III tur matçında İspaniyanı sürpriz şəkildə məğlub edən (2:1) Yaponiya millisi bunu antirekordla reallaşdırıb.
Azia.az "Opta Sports"a istinadən xəbər verir ki, "gündoğar ölkə" təmsilçisi matçda 18 faiz topa sahib olublar - bu, DÇ tarixində antirekorddur.
İndiyə qədər mundialda bu qədər az topa sahib olmasına rəğmən, qələbə qazanan olmayıb.
Yaponiya DÇ-2022-nin 1/8 finalında - dekabrın 5-də Xorvatiya millisi ilə qarşılaşacaq.