azia.az
azia.az

"Qarabağ"ın rəqibi UEFA tərəfindən cəriməlındi

5-11-2022, 14:48




UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın “Nant” və Almaniyanın “Frayburq” klublarını cərimələyib. 

Fanat.Az xəbər verir ki, buna oktyabrın 13-də komandalar arasında Fransada keçirilmiş 4-cü tur oyununda baş verənlər səbəb olub. 


“Nant” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün 20 min avro məbləğində ziyana düşüb. Kluba iki il sınaq müddəti verilib. Bu hal təkrarlanacağı təqdirdə, Fransa təmsilçisi növbəti avrokubok matçında tribunaları qismən bağlamalı olacaq. 

“Frayburq” isə fanatların təxribatçı və təhqir xarakterli çıxışları ucbatından 15 min avro, tərəfdarların atəşfəşanlığına görə isə 30 min avro ödəcəyək. UEFA Bundesliqa klubuna da iki il sınaq müddəti təyin edib. 

“Frayburq” səfərdə rəqibini 4 cavabsız qolla məğlub etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi