azia.az
azia.az

Emin Mahmudov: "Azərbaycanda futbolçuların maaşları daha yüksəkdir"

31-10-2022, 15:39


"Bir vaxtlar İspaniya və İngiltərədə oynamaq istəyirdim. Göstərdiyim futbola görə deyil, Vengerin “Arsenal”ını və “Real”ı bəyəndiyim üçün. 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində legioner həyatı yaşamaq istədiyi ölkələr haqda danışarkən deyib. O, fikrlərinə bu cür davam edib: "Sequndadan yaxşı komanda təklif göndərsə, oraya da gedərəm. Amma bunlar mənim xəyallarım və söhbətlərdir". 

Ötən mövsüm uğurlu performans göstərdiyini bildirən futbolçu ölkə xaricindən təklif gözlədiyni də bildirib: "Ötən il düşünürdüm ki, bəlkə kimsə təklif göndərər. Milli komanda ilə gözəl il keçirmişdim. 7 qol vurdum. Gözlədim, amma heç bir şey baş vermədi. Heç Qətərdən də təklif gəlmədi. "Neftçi" ilə sözləşməm var idi və heç kim məni transfer etmək istəmədi".

Emin Mahmudov Azərbaycanda futbolçulara verilən əmək haqqı barəsində danışıb: "Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. Deyərdim ki, "Qarabağ", "Neftçi" və "Sabah"da böyük maaşlar var. Bu, Rusiya Premyer Liqasının ikinci səkkizliyində mübarizə aparan klublarla eynidir".

30 yaşlı yarımmüdafiəçi ölkədəki kiçik klubların oyunçularının məvaciblərinin Rusiya Milli Futbol Liqasındakı komandaların futbolçuları ilə oxşar olduğunu qeyd edib: "Qarabağ"ın əsas oyunçuları daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar. Mən isə karyeramdakı ən böyük maaşı "Neftçi"də almıram. Bu, ən aşağı olan məvaciblərdən biridir. Rusiyada "Saturn"un birinci komandasında oynayan zaman belə dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə 3 min dollar qazanırdım. Amma sonra bunu sürətlə artırdılar. Artıq stabil çıxış etməyə başladım və başqa klublar məni heyətinə qatmağa çalışırdı".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi