azia.az
azia.az

Xankəndi kilsəsindəki “dua”, ermənilərin Fərrux şəhidlərinə iddiası və 5 aprelə təyin olunan mitinq

4-04-2022, 06:50

Xankəndi kilsəsindəki “dua”, ermənilərin Fərrux şəhidlərinə iddiası və 5 aprelə təyin olunan mitinq
Aprelin 2-də Xankəndidəki keşişlər burdakı erməni əhali ilə birgə kilsəyə toplaşıb dua ediblər. Özünü “erməni apostol kilsəsinin artsax yeparxiyasının katibi” kimi təqdim edən separatçı keşiş David Paşayan belə deyib: “Allahdan xalqımıza bu çətin gündə köməklik etməsini dilədik, ondan qorunma dilədik”. Baş terrorçu Araik Arutyunyanı xatırlatdı bu xəbər. Şuşadan cəhənnəm olub getməzdən əvvəl Arutyunyan da Şuşadakı kilsədə dua eləmişdi. Xankəndi və digər ərazilərdəki erməni separatçı-terrorçular da “yol üstə” olduqlarını dərk edirlər çox güman ki. Sadəcə hələlik həyasızlıq edirlər, düşünürlər ki, vay-şivən qoparmaqla burada qala biləcəklər. Erməni keşişlərin Qarabağdakı münaqişə ocağının çatılmasında “xidmətləri” kifayət qədərdir. 44 günlük müharibədə də bunların iç üzünü gördük, əllərində silah Qarabağda Azərbaycana qarşı döyüşənləri, hətta əsir düşənləri də oldu. İndi “dua” edirlər guya ki. Bunların necə “dua” etdiyini çox görmüşük, Qaregindən bəri. Elə son illərdə Qarabağda işğalçıların yol, elektrik stansiyası, daha nə kimi qanunsuz açılış mərasimlərində öndə qara geyimli qarğaları – erməni keşişləri görürdük. İndi də, xüsusilə də Azərbaycan əsgərinin Fərrux dağında bayrağımızı ucaltmasından, Xankəndiyə “bir addım” qaldığını görən keşişlər burada məskunlaşdırılan 25-30 min erməninin qaçıb getməməsi üçün “birgə dua” mərasimi təşkil edirlər.Xankəndi kilsəsindəki “dua”, ermənilərin Fərrux şəhidlərinə iddiası və 5 aprelə təyin olunan mitinq
Erməni keşişlər - əslində, keşiş geyimli terrorçu-separatçılar anlayırlar ki, Allah onları lənətləyib, törətdikləri cinayətlərə, uşaqları divara mismarladıqlarına, hamilə qadınların belinə qaynar samovar bağladıqlarına, ağzı dualı ağbirçək, ağsaqqalları qətlə yetirdiklərinə görə...Onlar əfv olunmaları üçün dua edə bilərlər, amma əfvə düşərlərmi?.. 44 günlük müharibədən sonra Kəlbəcərə, Xocavəndə, digər bölgələrə “zəvvarların yürüşü”nü təşkil edirdi Rusiya sülhməramlıları. Alban kilsələrində “dua mərasimi” təşkil etməkdə məqsəd bu məbədgahların “ermənilərə məxsusluğu” görüntüsü yaratmaq idi. İndi də Xankəndidəki kilsəyə toplaşıblar. Hansısa murdar niyyətləri də olmamış deyil.
Xankəndi kilsəsindəki “dua”, ermənilərin Fərrux şəhidlərinə iddiası və 5 aprelə təyin olunan mitinq
Əslən Xankəndidən olan keçmiş deputat Flora Qasımova deyir ki, orada yaşadığı müddətdə ermənilərin ibadətinin, kilsəyə axışmasının şahidi olmayıb. Bu mənada 44 günlük müharibədən sonra onların “zəvvar” qiyafəsində görünmələrindən təəccübləndiyini deyir Milli Qəhrəmanımız Şirin Mirzəyevin ömür-gün yoldaşı.
Digər bir xankəndili həmsöhbətim isə bildirir ki, ermənilərin “ibadəti”nin 80-ci illərin sonlarında şahidi olub. Xankəndidəki qəbiristanlığa toplaşan ermənilər orada Azərbaycana qarşı planlar qururmuş. Sonradan oradan silah-sursat da tapılıb. Yəni ermənilərin “ibadəti” sülhə yox, qan-qadaya, müharibəyə aparır, budəfəki “kilsə toplantısı”nın ardınca nə baş verəcək? Gözləyək...

Bu günlərdə ermənilərin məkrli təbliğatında o qədər absurd iddiaların şahidi oluruq ki...Təsəvvür edin, ermənilər hətta Azərbaycan hərbçilərinin Fərruxda aşkarladıqları insan sümüklərinə belə iddia edirlər! Hətta bununla bağlı Qarabağ separatçıları və Ermənistandakı dairələr hay-küy qaldırıblar, həyasızcasına deyirlər ki, Azərbaycan onlara aid olan insan qalıqlarını çıxarır, hətta təhqir edir. Ağdamın Qarağacı qəbristanlığındakı məzarların sümüklərini belə, özünün murdar qızıl hərisliyi hesabına yoxa çıxaran erməni vandallar indi Fərruxdakı şəhidlərimizin toplu məzarlığına iddia edir. Qarabağın digər ərazilərini həm də ona görə əldən vermək istəmirlər ki, torpağın altı kütləvi məzarlıqlarla doludur, yeni cinayətləri üzə çıxacaq axı. Təkcə Xocalıda qırılan dinc insanlarımızı xatırlasaq, yetər…

Bu qədər şərəfsiz toplum dünyanın heç bir yerində yoxdur!
Xankəndi kilsəsindəki “dua”, ermənilərin Fərrux şəhidlərinə iddiası və 5 aprelə təyin olunan mitinq
Azərbaycanın rəsmi dairələri Fərruxda aşkarlanan qalıqların 90-cı illərdə erməni vəhşiliyinin qurbanı olmuş vətəndaşlarımıza aid olduğunu açıqlayıb. Yəqin ki, araşdırmalar aparılacaq, gözləri yolda qalan ailələrdən ən azı üçü təskinlik tapacaq yekun rəyin ardınca.
Yeri gəlmişkən, sosial şəbəkədə yayılan məlumata görə, Fərrux yüksəkliyində həlak olmuş Salyan rayonundan olan hərbçi Qubadov Vüqar Hicran oğlunun nəşi müəyyən edilib. Fərrux dağı istiqamətində itkin düşən 62 nəfərin adı elə bu günlərdə açıqlandı. Amma bu istiqamətdə itkin düşənlərimizin sayının daha çox olduğu ehtimal edilir. Ümumilikdə Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız itkin düşüb və dövlət başımız bu faktı beynəlxalq miqyasda bəyan edərək, Ermənistandan cavab istəyib. İrəvan və Qarabağdakı terrorçular azərbaycanlıların taleyinə aydınlıq gətirmək, kütləvi məzarlıqların ünvanını göstərmək əvəzinə, hətta meyitlərimizin qalıqlarına belə sahib çıxmağa çalışır. Alçaqlığın miqyası bu qədər! Torpağa iddia et, sərvəti mənimsə, alban kilsələrimizi özününküləşdirməyə çalış, musiqimizə “mənimdir” de və hətta “o sümüklər də mənimdir” şivəni qopar! Dünyanın ikinci belə milləti varmı?!

Qarabağ erməniləri kilsəyə toplaşıb guya “dua” edirlər ki, Allah onları xilas eləsin. Amma bunların içərisində bir ağıllısı yoxdur ki, izah eləsin, Allahın yaratdığı günahsız bəndəni qətlə yetirən, Allahın Qarabağdakı 60-dan çox “ev”ini dağıdan, salamat qalan Allah evlərində isə inək, donuz saxlayanların cəzası çox ağır olacaq, əgər cinayətlərə son qoymasalar, silahları təhvil verməsələr. Adam kimi yaşamağın sadə yolu var: tövbə edirsən, sonra da Azərbaycan dövlətinə müraciət ünvanlayırsan ki, bir qələtdir eləmişik, bizi əfv edin! Yoxsa Avropa Parlamentinin “erməni mədəni irsinin dağıdılması” barədə cəfəng qətnaməsindən həvəslənib yenə də təxribatlar edəcəklərsə, Azərbaycan komandosları “Dəmir Yumruğ”u işə salacaq, köməklərinə kimsə gəlməyəcək, 44 günlük müharibədəki kimi.
Xankəndi kilsəsindəki “dua”, ermənilərin Fərrux şəhidlərinə iddiası və 5 aprelə təyin olunan mitinq
Erməni separatçılar kilsədə “dua” edən gün baş terrorçu Araik Arutyunyan İrəvanda, Ermənistanın birinci prezidenti Ter-Petrosyanın yanında olub. Levon digərlərinə baxanda ağıllı məsləhətləri ilə diqqət çəkib. Arutyunyanın qulağına nə pıçıldadığını isə yaxın zamanlarda biləcəyik.

Ermənistandakı revanşistlər 5 aprelə aksiya təyin ediblər- Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə Brüsseldə keçiriləcək İlham Əliyev-Nikol Paşkinyan görüşü əleyhinə. 90-cı illərin sonlarındakı İstanbul sammiti ərəfəsindəki razılaşmanı terror aktları ilə pozan erməni revanşistlər yenə də fəallaşıblar. Gələcəkləri varsa, görəcəkləri də var!

Elşad Paşasoy,
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi