azia.az
azia.az

24 ildən sonra dünya çempionu oldular

12-09-2022, 08:26




24 ildən sonra dünya çempionu oldular

24 ildən sonra dünya çempionu oldular
Polşa və Sloveniyada keçirilən kişi voleybolçular arasında dünya çempionatının qalibi müəyyənləşib.

Xəbər verilir ki, finalda İtaliya və Polşa yığmaları qarşılaşıb. Katovitse şəhərindəki "Spodek" salonunda təşkil olunmuş matçın ilk setində meydan sahibləri qələbə qazanıb - 25:22. Lakin sonrakı setlərdə İtaliya millisi 25:21, 25:18 və 25:20 hesabı ilə üstün olaraq 24 ildən sonra dünya çempionu olmağı bacarıb.
Apenninlilər əvvəlki 3 "qızıl"ını ardıcıl olaraq - 1990, 1994 və 1998-ci illərdə əldə ediblər.

Bürünc medalı isə Sloveniyanı 3:1 (25:18, 25:18, 22:25, 25:18) hesabı ilə yenən Braziliya qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi