azia.az
azia.az

“Çelsi” dünya çempionu oldu

13-02-2022, 09:02


Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.
“Çelsi” dünya çempionu oldu
Xəbər verilir ki, İngiltərənin "Çelsi” klubu ilə Braziliyanın "Palmeyras” klubu arasında matç baş tutub.

Hər iki qol ikinci hissəyə təsadüf edib. Romelu Lukaku 58-ci dəqiqədə hesabı açıb. Lakin 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qolunu vurub - 1:1.

Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin "Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi