Dünya çempionu həbs edildi
İtaliya yığmasının sabiq futbolçusu Vinçenso Yakvinta həbs olunub. Oxu.Az xəbər verir ki, məhkəmənin qərarı ilə o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.Qeyd edək ki, Yakvinta 2006-cı ildə İtaliya yığmasının tərkibində dünya çempionu olub.Onu da əlavə edək ki, Yakvintanın atası cinayətkar dəstə ilə əlaqələrdə ittiham olunaraq 19 il müddətinə həbs cəzası alıb.