İdmançımız ermənini məğlub etdi - Dünya çempionu oldu
Bakı şəhərindəki 167 nömrəli tam orta məktəbin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində keçirilən karate üzrə dünya çempionatında qızıl medal qazanıb. Sport7.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
İsmayılov finalda erməni idmançısını 10:0 hesabı ilə məğlub edib.
Əvvəllər o, Ukraynada keçirilmiş VIII dünya kubokunda I, İranda təşkil olunmuş dünya çempionatında III yerə layiq görülüb. Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kq çəki dərəcəsində III yeri tutub. Karateçi ölkədaxili yarışlarda da bir neçə dəfə medalçılar sırasına düşüb. İsmayılov 2014-cü ildən "Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate ilə məşğul olur.