Əliyar Ağayev: 1 penalti, 1 "qırmızı", 7 "sarı"
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, o, Avroliqanın qrup mərhələsi çərçivəsində Avstriyada keçirilən “Şturm” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) matçını idarə edib.
Oyun meydan sahiblərinin minimal (1:0) hesablı qələbəsi ilə nəticələnib. Əliyar Ağayev ilk yarının son dəqiqələrində "Şturm"un lehinə penalti təyin edib, ancaq "Müdtüllan"ın qapıçısı qola imkan verməyib. Əvəzində FİFA referisi ikinci hissənin ortalarında meydan sahiblərinin futbolçusunu meydandan qovub. Ümumiyyətlə, o, Avstriya təmsilçisinin üzvlərinə 6 sarı vərəqə göstərib ki, Ştefan Hirlender 73-cü dəqiqədə ikinci xəbərdarlıqdan sonra "qırmızı" alaraq meydandan qovulub. "Midtüllan"ın isə bir oyunçusuna sarı vərəqə göstərilib.
Qeyd edək ki, "Sturmstadion Liebenau" stadionunda baş tutan oyunda Əliyara yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. Görüşün VAR hakimləri isə türkiyəli Abdulkadir Bitigenlə Mete Kalkavan olub.