azia.az
azia.az

Derbi böyük qalmaqalla bitdi: Futbolçu hakimə qırmızı vərəqə göstərdi

22-02-2016, 17:22

 Derbi böyük qalmaqalla bitdi: Futbolçu hakimə qırmızı vərəqə göstərdi Baş hakim isə futbolçunu meydandan qovub

Türkiyə çempionatının 22-ci turu çərçivəsində derbi oyunu keçirilib. “Qalatasaray” "Trabzonspor" ilə qarşılaşıb. Qarşılaşmada 4 futbolçu meydandan qovulub. Oyunun baş hakimi Dəniz Ateş Bitnel “Trabzonspor”un 4 futbolçusuna qırmızı vərəqə göstərib.
Qarşılaşma Ankarada terror hadisəsinə görə 1 dəqiqəlik sükutla başlayıb. Ev sahibləri əvvəl hesabda geridə olsa da sonda qalib gələ biliblər. Matçda qeyri-adi hadisə baş verib. "Trabzonspor" klubunun futbolçusu Salih Dursun hakimə qırmızı vərəqə göstərib. Lakin oyunun baş hakimi idmançıya yaraşmayan hərəkətinə görə futbolçunu meydandan qovub.
“Qalatasaray” – “Trabzonspor” - 2:1
Qollar: Podolski, 63, Səlcuq, 89 (pen.) - Erkan Zengin, 25 (pen.)
Qırmızı vərəqələr: Özər,( 59), Demir, (70), Kavanda, (86), Salih, (86) (hamısı "Trabzonspor")


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi