Azərbaycanda oynamış türkiyəli futbolçu məhkəməyə verilib
"Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Önder Deniz Kolqu məhkəməyə verilib.
Xəbər verilir ki, 48 yaşlı keçmiş yarımmüdafiəçi qadını evlənmək vədi ilə aldatma və ölümlə hədələməkdə ittiham edilir.
İstanbul şəhərindən olan qadın 6 il əvvəl tanış olduğu keçmiş oyunçudan məhkəməyə müraciət edib. Bildirib ki, Kolqu onu evlənmək vədi ilə aldadaraq minlərlə lirə pulunu aldıqdan sonra ölümlə hədələyib. Prokurorluq məsələ ilə bağlı cinayət işi açıb.
Şikayət edən şəxs özü kimi 4 qadının da eyni halla üzləşdiyini sölyəyib. Vəkil məhkəmədə ifadə verən qadının hədə-qorxuya məruz qaldığını və şübhəli şəxslərin onu izlədiyini söyləyib.
Qeyd edək ki, Önder Deniz Kolqu 2004/2005 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinib. O, Azərbaycan çempionatının gümüş medalını qazanıb.