azia.az
azia.az

Erotik videosu yayılan şəxs Əli Əliyevi MƏHKƏMƏYƏ VERDİ

16-05-2022, 16:06

Erotik videosu yayılan şəxs Əli Əliyevi MƏHKƏMƏYƏ VERDİ
Xəbər verdiyimiz kimi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Azia.az xəbər verir ki, Əli Əliyev barəsində şikayət verən Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovdur.

Xüsusi ittihamçı VİP sədrinin onun şəxsiyyətini alçaldan ifadə işlədildiyini iddia edib.

Əli Əliyevin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb olunur.

Xüsusi ittiham qaydasında şikayət Yasamal Rayon Məhkəməsinə təqdim olunub və hakim Rəşad Cavadzadənin icraatına verilib.

Xatıtladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra o YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.(apa)
Erotik videosu yayılan şəxs Əli Əliyevi MƏHKƏMƏYƏ VERDİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi